Fransa çempionatının 2025/2026 mövsümünün 32-ci turunda PSJ ilə “Loryan” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Parisdə yerləşən “Park de Prens stadionu”nda oynanılan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşün baş hakimi Bastyen Deşepi olub.
Hesab 6-cı dəqiqədə parisli hücumçu İbrahim Mbaye tərəfindən açılıb. Altı dəqiqə sonra “Loryan”ın yarımmüdafiəçisi Pablo Paji bərabərlik qolunu vurub. 62-ci dəqiqədə Uorren Zair-Emeri meydan sahiblərini yenidən hesabda önə çıxarıb. 78-ci dəqiqədə isə qonaqların hücumçusu Ayegun Tosin yekun nəticəni müəyyənləşdirib.
Hazırda PSJ 31 oyundan topladığı 70 xalla turnir cədvəlinə başçılıq edir. “Loryan” isə 32 matçdan sonra 42 xalla doqquzuncu pillədə qərarlaşıb.