RU

İsrail Livanın cənubunda Hizbullah ın 120 hədəfini məhv edib

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanın cənubunda İMQ mövqelərinin yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif rayonlarda 70 hərbi tikili və "Hizbullah"ın 50 infrastruktur obyekti məhv edilib", - bəyanatda qeyd olunub.

Dəqiqləşdirilib ki, məhv edilən hədəflər arasında qruplaşmanın komanda mərkəzləri və silah anbarları var.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
50
cebheinfo.az

10Источники