RU

Uşaq qidasında zəhər tapılması ilə bağlı şübhəli saxlanıldı

Avstriyada "Hipp" markalı uşaq qidasında zəhər tapılması ilə bağlı bir şübhəli şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə OE24 məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs 39 yaşlı kişidir və onun barəsində ictimai təhlükəsizlik üçün təhdid yaratma və sağlamlığa ağır zərər vurmağa cəhd maddələri ilə istintaq aparılır.

Şübhəlinin kimliyi və saxlanılma şəraiti açıqlanmır.

İstintaq məlumatına görə, aprelin 18-də supermarketdə yoxlama zamanı tərkibində təxminən 15 mikroqram siçan zəhəri olan uşaq püresi aşkarlanıb.

Bildirilir ki, şübhəli daha əvvəl istehsalçı şirkətə pul tələbi ilə məktub göndərib. Bundan sonra şirkət yerkökü və kartof püresinin satışdan geri çağırıldığını elan edib.

Araşdırma beynəlxalq xarakter alıb - şübhəli etiketli məhsullar Çexiya və Slovakiyada da aşkar edilib. /Oxu.az

Избранный
26
27
bakivaxti.az

10Источники