RU

Azərbaycan cüdoçuları 3 fərqli turnirdə ümumilikdə 5 medal qazanıblar

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan cüdoçuları bu gün mübarizə apardıqları 3 fərqli turnirdə ümumilikdə 5 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, gənc cüdoçular Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda 3 mükafata sahib olublar. Nihad Məmişov (66 kiloqram) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə Azərbaycanın Dövlət Himnini səsləndirib. Ayxan Mirzəzadə (60 kiloqram) və Sadiq İsgəndərli (66 kiloqram) isə beynəlxalq turniri 3-cü pillədə başa vurublar.

Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü, oğlanların mübarizəsində isə 2-ci pillədə qərarlaşıb.

Yeniyetmə cüdoçulardan ibarət millimiz Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Kubokunun ilk günündə bir medal qazanıb. Fərid Rzazadə (50 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız finalda ermənistanlı Armen Matevosyanı məğlub edib.

Nəhayət, Rəşid Məmmədəliyev (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc mükafat əldə edib. Bu, Azərbaycan millisinin turnirdə ilk medalı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
4
azertag.az

5Источники