RU

“Tottenhem” Markus Reşfordu transfer etmək istəyir

“Mançester Yunayted” klubunun hücumçusu, hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford “Tottenhem”də çıxış edə bilər.

90deqiqe.Az-ın “BBC"ə istinadən məlumatına görə, London klubu hücumçunun hər addımını diqqətlə izləyir və onu komandanın hücum xəttini gücləndirmək üçün əsas variantlardan biri kimi nəzərdən keçirir. Bildirilir ki, transfer yalnız klubun İngiltərə çempionatında yerini qoruması halında həyata keçirilə bilər.

Bildirilir ki, Reşfordun “Barselona” ilə 2030-cu ilə qədər nəzərdə tutulan tam müqavilə barədə razılığa gəlib. Buna baxmayaraq, “Tottenhem” transfer planından imtina etmir. Yalnız komanda aşağı liqaya düşərsə, bu keçid reallaşmayacaq.

Hazırda “Tottenhem” turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Избранный
35
50
90deqiqe.az

10Источники