Yazını böyüt
Yazını kiçilt
Bu gün Türkiyə Superliqasında 32-ci turun daha 3 oyunu keçirilib.
Hafta.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Samsunspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
“Fənərbağça” evdə “Başakşəhər”lə qarşılaşıb və qalib gəlib - 3:1.
Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə hesablı heç-heçə edib - 1:1.
Hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cü yerdədir.