RU

Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir - VİDEO

Sahəsi az olan evlərə verilən kompenasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir. Xezerxeber.az-ın məlumatına görə, bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.

 

O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir -şəhərin mərkəzindəkilərə daha çox konpensasiya ödənilir.

 

Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir. 

 

Vüqar Bayramov bildirib ki, paytaxtda bu il də söküntüü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.

 

Tarix: 3 May 2026, 00:02   
Избранный
2
3
pravda.az

3Источники