RU

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıbBu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 21,3 % artaraq 66,092 milyon manata çatıb.

Beləliklə, 3 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 27,7 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 417,753 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218,456 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 33,2 % çoxdur.

3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 41,1 manat olub.

Избранный
5
22
sonxeber.az

10Источники