BAKI, 3 may. TELEQRAF
İsrail ordusu Livanın Hizbullah hərəkatının fiber-optik dronlarına sürətli şəkildə sahib olmasından narahatdır.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
"Bu dronlar yerdən 30 santimetr yüksəklikdə uça bilirlər, o qədər kiçikdirlər ki, onları aşkar etmək praktik olaraq mümkün deyil. ABŞ bu dronlarla mübarizə aparmaq üçün lazer silahı hazırlayır, lakin bildirilir ki, bu, hələlik təsirsizdir. Onlar həmçinin yivsiz tüfənglər kimi silahları da sınaqdan keçirirlər" - məlumatda qeyd olunur.
Telekanalın məlumatına görə, İsrail ordusunda hərbçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.