RU

Jorj Kaşkilya: “I Liqadan gəlib bu qədər xal yığmaq asan deyil”

Misli Premyer Liqasının XXX turunun "Araz-Naxçıvan" - "İmişli" matçından (0:1) sonra qonaqların baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

"Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bugünkü qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün 1-ci Liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi".

- Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü? 

- Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah "Qəbələ"nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar. 

- Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti...   

- Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik.

“Kəpəz”dən əzmkar qələbə - YENİLƏNİB

Uşaq evlərinin komandaları arasında minifutbol turniri keçirildi

XXX turun dörd görüşünün təyinatları bəlli olub

“Qarabağ” çempionluğu necə əldən verdi? - Titulsuz mövsümün 7 səbəbi

Abbas Hüseynov və Elvin Cəfərquliyev fərqləndilər - Əvəzedicilər Liqasında

Избранный
1
3
apasport.az

5Источники