Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyalı basketbolçu Yelizaveta Bratçikova idman vətəndaşlığı təsdiqləndikdən sonra Azərbaycan milli komandasında oynamaq hüququ qazanacaq.
İdman.Biz bu barədə “Sport-Express”ə istinadən bildirir.
Keçmiş “Yenisey” və “Nika” klublarının hücumçusunun Azərbaycanı təmsil edən komandalardan birində FIBA 3x3 Dünya Liqasında iştirak etməsi gözlənilir.
2024/25 mövsümündə Bratçikova “Nika”da oynayıb və Premyer Liqada orta hesabla 5,2 xal və 2,8 ribaund toplayıb. 2022-ci ilin yayında Yelizaveta Rusiya qadın milli komandasının açıq düşərgəsinə dəvət alıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.