Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronun Hertseq Novi şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.
"Cebheinfo.az" xəbər verir ki, təmsilçimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 6:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz burada Monteneqro və Qazaxıstan komandalarının iştirakı ilə keçiriləcək miniturnirdə də qüvvəsini sınayacaq.
"Cebheinfo.az"