RU

Azərbaycan cüdoçuları üç turnirdə 5 medal qazandı

Azərbaycan cüdoçuları müxtəlif ölkələrdə keçirilən beynəlxalq turnirlərdə uğurlu çıxış edərək ümumilikdə 5 medal qazanıblar.

90deqiqe.A xəbər verir ki, gənclərdən ibarət yığma Türkiyənin İstanbul şəhərində start götürən Avropa Kubokunda 3 mükafat əldə edib. Nihad Məmişov (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və Azərbaycan himnini səsləndirib. Ayxan Mirzəzadə (60 kq) və Sadiq İsgəndərli (66 kq) isə bürünc mükafata sahib olublar.

Bu nəticə ilə Azərbaycan 1 qızıl və 2 bürünc medalla 27 ölkə arasında ümumi komanda hesabında 3-cü, oğlanların yarışında isə 2-ci yeri tutub.

Yeniyetmələrdən ibarət milli komanda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Kubokunda bir medal qazanıb. Fərid Rzazadə (50 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. O, finalda ermənistanlı Armen Matevosyan üzərində qələbə qazanıb.

Digər uğur isə Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qeydə alınıb. Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə edərək millimizin yarışdakı ilk mükafatını qazanıb.

Избранный
104
90deqiqe.az

1Источники