RU

“Şalke” 3 ildən sonra Bundesliqaya qayıdıb

Bakı, 3 may, AZƏRTAC

“Şalke” klubu 3 illik fasilədən sonra Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Gelzenkirxen təmsilçisi bunu 2-ci Bundesliqanın XXXII turunda evdə “Fortuna”ya 1:0 hesabı ilə qalib gəlməklə reallaşdırıb. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Kənan Karaman vurub.

Bu nəticədən sonra xallarını 67-yə çatdıran “Şalke” mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də Bundesliqaya vəsiqəni təmin edib.

Избранный
64
4
azertag.az

6Источники