RU

Ukraynanın gizli plan: “Axmat”a qarşı kəşfiyyat zərbəsinin şok detalları

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Sumı vilayətində xüsusi əməliyyat keçirdiyini açıqlayıb.

"Ölkə.az" xəbər verir ki, əməliyyatın hədəfi Rusiyaya bağlı olan, Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus “Axmat” xüsusi təyinatlı bölməsi olub.

Məlumata görə, Ukrayna kəşfiyyatı əməliyyat zamanı “Axmat”da xidmət etmiş keçmiş hərbçidən agent kimi istifadə edib.

İddiaya görə, məhz onun vasitəsilə bölmə komandanlığının müşavirə otağında dinləmə qurğusu yerləşdirilib.

Bundan sonra Ukrayna tərəfi “Axmat” qüvvələrinin cəmləşdiyi mövqelərə zərbələr endirib.

GUR-un açıqlamasında qeyd olunur ki, nəticədə 41 nəfər həlak olub, 87 nəfər yaralanıb, 100-dən çox hərbçi isə itkin düşmüş hesab edilir.(Musavat.com)

Избранный
3
2
olke.az

3Источники