RU

Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Həbsdə olan jurnalist Aynur Elgünəşin ağır xəstəliyəmdüçar olduğu bildirilir. Bu barədə məlumat bir sıra jurnalistlər tərəfindən ictimailəşdirilib.

Bakupost.az xəbər verir ki, jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında paylaşım edərək Aynur Elgünəşin ciddi sağlamlıq problemlərindən əziyyət çəkdiyini qeyd edib.

Onun sözlərinə görə, Aynur Elgünəş həbs olunmazdan əvvəl də bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. Belə ki, jurnalistin həm döş nahiyəsində, həm də qadın orqanlarında xoşxassəli şişlər olub. Bundan əlavə, onun öd kisəsi götürülüb, omba nahiyəsinə endoprotez yerləşdirilib.

A.Məmmədova bildirib ki, Aynur Elgünəş ümumilikdə 12 dəfə əməliyyat keçirib və fiziki hərəkətləri məhdudlaşıb:

“Yerə nəsə düşəndə sərbəst şəkildə əyilib götürə bilmir. Kəskin təzyiq xəstəsidir. Təcridxanada tez-tez təzyiqi 170-180-ə qalxır, vəziyyəti pisləşir”.

Qeyd edib ki, jurnalist ötən həftə təcridxanada hamamda yıxılaraq xəsarət alıb.

“Onun bu vəziyyətinin ictimailəşməsini istəmirdi. Amma bu gün ağır xəstəliyə düçar olması ilə bağlı xəbəri oxuyandan sonra dözə bilmədim. Gün ərzində bu xəbərin yalan olduğuna inanmağa çalışdım. Lakin sağlamlığında bu qədər problem olan bir insanın uzun müddət bu şəraitdə saxlanmasının ağır nəticələr doğurması reallıqdır”, – deyə Aytən Məmmədova vurğulayıb.

Məsələ ilə bağlı jurnalistlər Aynur Elgünəşin səhhətinin nəzərə alınması, onun azadlığa buraxılması üçün aidiyyəti qurumlara çağırış ediblər.

Qeyd edək ki, Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV” jurnalistlərinə qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib. O və iş üzrə həbs olunan daha altı nəfər barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

Elnur

Baku Post

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
80
www.bakupost.az

1Источники