İsrailin bir neçə şəhərində hökumət əleyhinə etirazlar başlayıb.
Bu barədə "Haaretz" nəşri məlumat yayıb.
Nümayişçilər İsrailin Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi kabinetin siyasətinə etiraz ediblər.
Nümayişlər Qüds, Təl-Əviv və Hayfada keçirilib. İştirakçılar digər məsələlərlə yanaşı, Qəzza zolağından silahlı HƏMAS radikallarının İsrailə hücum etdiyi 7 oktyabr 2023-cü il faciəsinin səbəblərini araşdırmaq üçün hökumət komissiyasının yaradılmasını tələb edirlər.
