RU

Londonda atışma: 4 yaralı var

Londonun cənubunda baş verən atışma nəticəsində dörd nəfər yaralanıb.

Bizim.Media məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, mayın 1-dən 2-nə keçən gecə naməlum silahlı şəxs Brikstonda böyük bir barbekü məclisi istiqamətində maşından atəş açıb. Yaralananlardan biri, 25 yaşlı kişinin vəziyyəti ağırdır. 21, 47 və 70 yaşlı digər kişilərin həyatı təhlükədə deyil.

Hazırda polis tərəfindən heç bir saxlanılma həyata keçirilməyib. Hüquq-mühafizə orqanlarında baş verən hadisə “nizamsız zorakılıq aktı” kimi qiymətləndirilib.


Bizim.Media
 

Избранный
1
2
bizim.media

7Источники