RU

“Şimal iMakedoniya Azərbaycan qazına görə ikiqat artıq ödəyir”

Şimali Makedoniya Azərbaycan qazını Rusiya qazından iki dəfə baha qiymətə alır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Şimali Makedoniyadakı yeni səfiri Dmitri Zıkov "TASS" agentliyinə verdiyi ilk müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazı Makedoniya bazarında müntəzəm şəkildə mövcuddur. Cari ilin ilk iki ayında Azərbaycanın fiziki tədarükdəki payı 32%, Rusiyanın payı isə 28% təşkil edib.

“2024-cü ilin noyabr ayında Azərbaycanın dövlət neft şirkəti SOCAR və Makedoniyanın dövlət enerji şirkəti ESM əməkdaşlığı genişləndirmək üçün uzunmüddətli təbii qaz tədarükünü nəzərdə tutan memorandum imzalayıblar. Lakin Azərbaycan qazı Rusiya qazının qiymətindən təxminən iki dəfə baha alınır”,- deyə mənbə qeyd edib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
3
14
redaktor.az

10Источники