RU

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Alla Puqaçova bir neçə plastik əməliyyat etdirib.Bizim.Media xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında ali kateqoriyalı plastik cərrah Lyubov Safonova deyib.Mütəxəssisin sözlərinə görə, Puqaçova ABŞ-da “Coker təbəssümü” adlandırılan prosedurdan keçib. Bu əməliyyat zamanı dodaq küncləri gicgahlara doğru dartılıb, nəticədə üzün aşağı hissəsi yığılıb, lakin bəzən daimi təbəssüm effekti yaranıb.Safonova həmçinin müğənninin rinoplastika etdirdiyini bildirib. Onun sözlərinə görə, Puqaçovanın gənclik illərində burnu daha uzun görünürdü və yaşla bağlı dəyişikliklər fonunda daha da uzanmalı idi. Lakin hazırkı daha səliqəli forma cərrahi korreksiyadan xəbər verə bilər.Cərrah müğənninin göz qapaqları və qaş nahiyəsində də müdaxilə etdirmiş ola biləcəyini deyib. O qeyd edib ki, yuxarı göz qapaqları hazırda çox hamar görünür, qaşların mövqeyi isə nəzərəçarpacaq dərəcədə yuxarı qalxıb.Bundan başqa, Safonova Puqaçovaya 2005-ci ildə üzün aşağı hissəsinin cavanlaşdırılması zamanı çənə implantı qoyula biləcəyini də istisna etməyib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
bizim.media

1Источники