AFFA-nın Lisenziya Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, iclas mayın 8-də keçiriləcək.
Qurumun inzibati binasında baş tutacağı toplantıda 2026-2027-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət edən klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, 2025-26-ci il mövsümünün yekunlarına əsasən "Sabah" ölkə çempionluğunu rəsmiləşdirib, “Qarabağ"ın da avrokuboklara vəsiqə qazanması dəqiqləşib. Daha iki vəsiqə uğrunda "Turan Tovuz", "Neftçi" və "Zirə" mübarizəni davam etdirirlər. I Liqada isə mükafatçılar, o cümlədən Premyer Liqaya vəsiqə sahibləri hələ bəlli deyil.
Mirağa