RU

Zirə Qəbələ yə qarşı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının 30-cu turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Qəbələ" ilə üz-üzə gəlir.

Bu görüş ərəfəsində aktivində 46 olan "qartallar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri 4-cü yerdə qərarlaşan "Neftçi"dən bir xal geri qalır. Düzdü, Rəşad Sadıqovun komandası ölkə kubokunun finalına yüksəlib və "ağ-qaralar"la müqayisədə qitəmiqyaslı turnirlərə yollanmaq şansı daha çoxdur. Ancaq meydan sahibləri işini ehtiyatlı tutmaq üçün 4-cü yeri də əldən verməməlidir.

"Qəbələ" isə təhlükəli zonada qərarlaşıb. Kaxaber Tsxadadzenin komandası 29 oyundan sonra 20 xalla 11-ci yerdədir. 10-cü pillədə yer alan və dünən "Sumqayıt"la görüşdən 3 xalla ayrılan "Kəpəz" artıq xal fərqini 4-ə çatdırıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları sabah və çərşənbə axşamı keçiriləcək.

Misli Premyer Liqası

III dövrə, XXX tur

18:30. "Zirə" - "Qəbələ"

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər ƏhmədovVAR: Rəvan HəmzəzadəAVAR: Cəmil QuliyevHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Zümrüd AğayevaZirə. İdman Kompleksinin stadionu. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
26
sport24.az

10Источники