RU

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

Publika.az xəbər verir ki, imtahanda iştirak edəcək 1702 namizəddən 1308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Избранный
2
39
publika.az

10Источники