RU

Arıqlamaq üçün ən effektiv məşqlər Açıqlandı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Artıq çəkidən azad olmaq istəyənlər üçün ən yaxşı fiziki aktivlik növləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fitnes məşqçisi İrina Rotaç məlumat verib.

Ekspertin hazırladığı siyahıda klassik qaçış, velosiped sürmə, sürətli gəzinti və iplə tullanma kimi kardio məşqlər ilk sıralarda yer alıb.

Mütəxəssis ev şəraitində tullanma hərəkətləri, yoqa və pilates elementlərinə üstünlük verməyi, idman zalında isə “burpi”, iplərlə iş (battle ropes) və üzgüçülüklə məşğul olmağı tövsiyə edib.

O, xüsusi avadanlıq və ağırlıqlarla yerinə yetirilən məşqlərdən də söz açıb.

Bura qaçış zolağında sprintlər (yüksək sürətli qaçış) və avarçəkmə simulyatoru kimi yüksək güc tələb edən hərəkətləri daxil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
3
qafqazinfo.az

7Источники