Almaniya Kansleri Fridrix Merts "Avropa Siyasi Birliyi"nin mayın 4-də İrəvanda keçiriləcək sammitinə qatılmayacaq.
Bu barədə TASS DPA-ya istinadən məlumat yayıb.
"Fridrix Merts digər öhdəlikləri ilə əlaqədar (Ermənistana - red.) səfər edə bilmir", - Almaniya hökumətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, F.Merts "Avropa Siyasi Birliyi"nin əvvəlki iki sammitində artıq iştirak edib və bir çox iştirakçılarla aktiv təmasdadır.