RU

OPEC+ ölkələri BƏƏ-nin gedişindən sonra hasilat kvotalarını müəyyən edəcək

BAKI, 3 may. TELEQRAF

OPEC+ üzvü olan yeddi ölkə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşkilatdan ayrılmasından sonra ilk dəfə neft hasilatının səviyyəsini müəyyən etmək üçün bu gün iclas keçirəcək.

Teleqraf xəbər verir ki, qlobal neft bazarının aparıcı istehsalçılarından olan BƏƏ ötən cümə günü rəsmən OPEC və genişləndirilmiş OPEC+ qrupu ilə yollarını ayırıb.

Analitiklərin rəyinə görə, rəsmi Əbu-Dabi aprelin 28-də hasilat kvotalarına qoyulan məhdudiyyətlərdən narazı qaldığı üçün qrupdan çıxmaq qərarına gəlib.

Ticarətçilərin proqnozlarına əsasən, yeddi ölkənin gündəlik neft hasilatını 188 000 barel artıracağı gözlənilir.

Избранный
21
teleqraf.com

1Источники