RU

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Böyük Britaniyada yaşayan 49 yaşlı Laviniya və Mişel Osborn bütün həyatları boyu özlərini əkiz bacı hesab ediblər. 

Bizim.Media xəbər verir ki, DNT testi onların əslində eyni anadan, lakin fərqli atalardan dünyaya gəldiyini üzə çıxarıb.
 

Qadınlar bu həqiqəti doğumlarından 40 ildən çox vaxt keçəndən sonra öyrəniblər. Maraqlıdır ki, onlar ana bətnində eyni vaxtda inkişaf edib və bir neçə dəqiqə fərqlə dünyaya gəliblər.


Bacıların bu xəbərə reaksiyası fərqli olub. Onlardan biri nəticəyə çox təəccüblənmədiyini bildirib, çünki uşaqlıqdan bir-birlərinə bənzəmədiklərini deyib. Digəri isə DNT testinin nəticəsindən ciddi sarsıntı keçirib.

Məlum olub ki, qadınların uzun illər ata kimi tanıdığı şəxs onların hər ikisinin bioloji atası deyilmiş.

Sonradan bacıların hər biri öz bioloji atasını tapıb. Kişilərdən biri qızını qəbul edib və onunla isti münasibət qurub. Bunun sayəsində Laviniya daha beş ögey qardaş və bacı da qazanıb.

Bizim.Media

Избранный
28
bizim.media

1Источники