ain.az, Idman.biz portalına istinadən məlumat verir.
MLS-də məhsuldar çıxışını davam etdirən Lionel Messi “İnter Mayami”nin “Orlando Siti”yə 3:4 hesabı ilə uduzduğu gərgin matçda növbəti dəfə fərqlənib. Argentinalı hücumçu oyunda bir qol və bir məhsuldar ötürmə müəllifi olub.
İdman.Biz xəbər verir ki, bu qol Messinin peşəkar karyerasında vurduğu 906-cı qol kimi tarixə düşüb. 38 yaşlı futbolçunun vurduğu qolların statistik bölgüsü belədir: “Barselona”da 672, Argentinanın əsas komandasında 116, “İnter Mayami”də 86 və PSJ-də 32 qol.
Hücumçu qol vurmala yanaşı, karyerası ərzində 408-ci məhsuldar ötürməyə də imza atıb. Hazırkı MLS mövsümündə Messinin göstəriciləri kifayət qədər yüksəkdir; o, keçirdiyi doqquz oyunda səkkiz qol və bir ötürmə ilə yadda qalıb.
Dünya futbolunun digər əfsanəsi, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo isə 970 qolla bombardirlər siyahısına liderlik etməkdə davam edir.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.