Misli Premyer Liqasının XXX turunda bu gün daha iki oyun keçiriləcək.“aia.az” xəbər verir ki, ilk olaraq “Sabah” “Şamaxı”nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.Birinci pillədəki “Sabah”ın 72, meydan sahiblərinin 35 xalı var.Günün ikinci matçında isə “Zirə” “Qəbələ”ni qəbul edəcək.Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. “Qartallar” 46 xalla beşinci, “Qəbələ” 20 xalla 11-ci pillədə qərarlaşıb.Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.