RU

İrandan ABŞ-yə 14 bəndlik yeni təklif 

İran ABŞ-a 14 maddəlik sülh təklifi təqdim edib.
 
Moderator.az xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.
 
Bildirilir ki, Pakistan vasitəsilə təqdim edilən Tehranın təklifi "Livan da daxil olmaqla bütün cəbhələrdə müharibəyə son qoyulmasını" nəzərdə tutur.
 
Agentliyin məlumatına görə, Tehran "məsələlərin 30 gün ərzində həll edilməli" olduğuna və danışıqların atəşkəsin uzadılmasından daha çox "müharibənin bitməsinə" yönəlməli olduğuna inanır. Tasnim qeyd edir ki, təklifə həmçinin dondurulmuş İran aktivlərinin azad edilməsi, sanksiyaların ləğvi və "Hörmüz boğazı üçün yeni mexanizm"in tətbiqi çağırışları daxildir.
 
İran rəsmiləri hələlik təklif olunan planın təfərrüatları ilə bağlı ictimaiyyətə açıqlama verməyiblər.
 
ABŞ prezidenti Donald Tramp Truth Social hesabında İranın təklifini tezliklə nəzərdən keçirəcəyini, lakin ondan razı qalmayacağını açıqlayıb: "Tezliklə İranın bizə göndərdiyi planı nəzərdən keçirəcəyəm, amma onun məqbul olacağını təsəvvür edə bilmirəm, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər yüksək qiymət ödəməyiblər".
 
Избранный
20
moderator.az

1Источники