RU

Bu məşhurun 12 manatlıq oteli gündəm oldu

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Səyyah Sinan Sağlam Hindistanın Mumbai şəhərində bron etdiyi, lakin qalmağa cəsarət etmədiyi hostellə bağlı görüntüləri sosial şəbəkədə paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Hindistan bir çox səyyah üçün sanki sınaq məkanı hesab olunur. Ölkənin yeməkləri, küçə həyatı və mədəniyyəti alışılmış standartlardan xeyli fərqlənir. Bu səbəbdən bəzi insanlar səyyahların Hindistanı bu qədər sevməsini anlamasa da, ölkə hər il çoxsaylı turist qəbul edir və maraqlı görüntülərlə diqqət çəkir.

Sinan Sağlam Mumbayda cəmi 7 dollara (11.9 manat) rezervasiya etdiyi hosteli nümayiş etdirib. O, sözügedən məkanda qalmağa cəsarət etmədiyini bildirsə də, bir çox sosial media istifadəçisi hostelin gözləniləndən daha təmiz olduğunu və qalmaq üçün uyğun sayıla biləcəyini qeyd edib.

Qeyd edək ki, Mumbai dünyanın ən sıx məskunlaşmış və ziddiyyətli şəhərlərindən biri kimi tanınır. Şəhərdə bahalı yaşayış kompleksləri ilə yanaşı, Dharavi kimi böyük gecəqondu əraziləri də yerləşir. Bu kontrast şəhərin ümumi mənzərəsində, o cümlədən yerləşmə məkanlarında da özünü göstərir.

Mütəxəssislər bildirir ki, Hindistanı anlamağın əsas yolu bu ölkəyə gözləntiləri minimuma endirərək səyahət etməkdir. Çünki təmizlik, nizam-intizam və komfort anlayışı burada digər ölkələrlə müqayisədə fərqli şəkildə qəbul olunur. Bu reallığı qəbul edən səyyahlar isə Hindistanı ən təsirli və unudulmaz təcrübələrdən biri kimi dəyərləndirir.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
50
bakivaxti.az

10Источники