RU

"Real" ona yeni müqavilə təklif etməyəcək

“Real Madrid”in müdafiəçisi Daniel Karvaxal mövsümün sonunda komandadan ayrılacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Daha əvvəl ispaniyalıya sağ ayağının beşinci barmağının distal falanqasında çat diaqnozu qoyulduğu bildirilmişdi.

Karvaxalın müqaviləsi 30 iyunda bitir və klub ona yeni müqavilə təklif etməmək qərarına gəlib.

34 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 20 oyunda iştirak edib və qol vurmayıb.

Qeyd edək ki, Karvaxal 2013-cü ildən bəri “Real Madrid” də oynayır, altı dəfə Çempionlar Liqasını, dörd dəfə Kral Kubokunu və dörd dəfə İspaniya La Liqasını qazanıb.

Избранный
51
olke.az

1Источники