RU

“Vallah belə bəxtsizlik ola bilməzdi” – Yusif İmanov 

“Kəpəz”in qapıçısı Yusif İmanov “Sumqayıt”la oyun sonrası İdmanxeber.az saytına müsahibə verib.

– Oyunu necə şərh edərdin?

Şükür Allaha qələbə qazandıq. Oyundan əvvəl də futbolçularla özümüz danışmışdıq. Neçə oyun idi ki, qalib gələ bilmirdik. İstəyimiz, aqressivliyimiz var idi ki, qalib gələk. Bunu da reallaşdırdıq. Xarakter göstərdik.

Dünyada neçə qapıçı belə qol buraxardı Bu nə idi? Şanssızlıq?

Vallah belə bəxtsizlik ola bilməzdi. Ondan əvvəl yaxşı cərimə zərbəsini dəf etdim. Yəqin ki, gördünüz. Buraxdığım qol isə bəxtsizlik idi. Qismət. Top yuxarıya gedirdi, əlimi kontrol etmək üçün atdım. Dirəyə dəyib qayıtdı yenə əlimə dəydi. Anidən oldu. Əlimi kontrol üçün atmışdım.

Qələbə qazanmasaydınız, bu epizod sənə daha çox təsir edəcəkdi?

Oyunun gedişində də çox pis təsir etmişdi. Öz-özümə fikirləşirdim ki, oyunboyu bu qədər yaxşı seyv et, belə kuryoz qol burax…Amma qələbəyə çox inanırdım. Çünki meydançada xarakter göstərirdik.

Keçən dəfə “Kəpəz”in azarkeşləri ilə problem yaşamışdın. Amma bu dəfə qələbədən sonra onlarla qucaqlaşırdın..

Bir az anlaşılmazlıq olmuşdu. Ancaq sonradan oturduq danışdıq və qardaşlarla bir-birimizi səhv başa düşmüşdük. Uduzanda istər-istəməz aqressiv olur. Bir-birimizi anladıq. Qalib gəldik, azarkeşlərimizi sevindirdik. Mehribançılıq yaxşıdır.

Qarşıdan millinin toplanışı gəlir. Milli komanda yolu sənin üçün nə qədər realdır? Səncə, milliyə cəlb olunmaq üçün bu performans yetərlidir?

Mən öz üzərimdə həmişə işləyirəm. Çalışıram ki, ən yaxşı performansı göstərim. Bilirsiz, yayda bir az evdə qaldım, Kosovoda bir az problemlər, “Sabah”la bir az problemlər yaşadım. Geri qayıtdım, “Kəpəz”də mənə güvəndilər, sağ olsunlar. Ümid edirəm ki, “Kəpəz”in etimadını doğrulduram. Bəzi oyunlar var ki, alınmır. Çalışırıq ki, ən yaxşısını edək. Mən özüm hər zaman addım atmağa çalışıram. Milliyə gəldikdə, Allah qoysa, zamanı gələndə gedərik.

Избранный
2
50
idmanxeber.az

10Источники