RU

Benavidesdən sarsıdıcı qələbə: Ramiresi altıncı raundda nokaut etdi VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yarım ağır çəkidə (79,2 kq-a qədər) məğlubiyyətsiz və hazırkı WBC çempion, Meksika əsilli amerikalı Devid Benavides növbəti uğuruna imza atıb. O, mayın 3-nə keçən gecə Hilberto Ramiresi məğlub edərək birinci ağır çəki dərəcəsində WBA və WBO titullarına sahib çıxıb.

İdman.Biz xəbər verir ki, döyüşün dördüncü raundunda Devidin ardıcıl hücumları rəqibini çətin vəziyyətə salıb. Nəticədə Ramires diz çökməli olub və hakim ona nokdaun hesablayıb. Altıncı raundda üstünlüyünü daha da artıran Benavides rəqibinə ağır zərbələr endirməyə davam edib. Ramiresin gözündən şikayət etməsindən sonra referi döyüşü dayandıraraq nokaut qərarı verib.

Bu qələbə ilə Benavides peşəkar karyerasındakı məğlubiyyətsizlik seriyasını qorumaqla yanaşı, kolleksiyasına daha iki nüfuzlu kəmər əlavə edib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
12
icma.az

10Источники