RU

Bakı Marafonu bərabər imkanlar və iradə gücünün məkanıdır paravelosipedçi

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı Marafonu sadəcə idman tədbiri deyil, bu, bərabər imkanlar və iradə gücünün məkanıdır.

Milli.Az bildirir ki,  bunu bazar günü Trend-ə "Əlilliyi olan şəxslərə sosial dəstək" İctimai Birliyinin sədr müavini, Qarabağ müharibəsinin I qrup əlili, Bakı Marafonunun bir neçə dəfə qalibi olmuş paravelosipedçi Bəhlul Əliyev "Bakı Marafonu 2026" çərçivəsində deyib.

"Biz paralimpiyaçılar üçün marafonda iştirak təkcə özümüzü sınamaq imkanı deyil, həm də cəmiyyətə göstərmək fürsətidir ki, məhdudiyyətlər yalnız insanın özünə inamının bitdiyi yerdə başlayır.

Hər startımız - çətinlikləri aşmağın, əməyin və ümidin hekayəsidir. Biz bütün iştirakçılarla birlikdə məsafəyə çıxdıqda 'bacarar' və 'bacarmaz' arasındakı sərhədlər yox olur. Bu, xüsusilə gənc əlilliyi olan insanlar üçün çox önəmlidir, çünki onlar görürlər ki, qarşılarında eyni yollar və eyni qələbələr açıqdır", - deyə o bildirib.

B. Əliyev vurğulayıb ki, Bakı Marafonu insanları birləşdirir, ruhlandırır və sübut edir: insanın gücü onun fiziki imkanlarında deyil, xarakterində və irəli getmək istəyindədir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
47
news.milli.az

10Источники