RU

Odessanın mülki və liman infrastrukturuna hava zərbələri endirilib, ölənlər var

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 3 may, AZƏRTAC

Gecə rus hərbçiləri Odessa bölgəsində mülki və liman infrastrukturuna növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edib. Hadisə nəticəsində ölən və yaralananlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Xüsusi Əməliyyatlar Komandanı Oleq Kiper məlumat verib.

“Rusiya ordusu Odessa bölgəsində mülki və liman infrastrukturuna zərbələr endirməyə davam edir. Təəssüf ki, iki nəfər həlak olub, daha beş nəfər yaralanıb”, - deyə Kiper vurğulayıb.

Bu hücumlarla Rusiya dronları Odessa vilayətində üç yaşayış binasına zərbə endirib. Həmçinin liman infrastrukturuna da zərər dəyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
31
azertag.az

10Источники