RU

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

İkiqat Olimpiya çempionu, amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəyə kəpənək (batterflay) üzmə üsulunda dünya rekordu yeniləyib.
 
Moderator.az Sportbox.ru-ya istinadən xəbər verir ki, Uolş ABŞ-də Fort-Loderdeyl Açıq Çempionatının final yarışında 54,33 saniyə nəticə göstərib.
 
Amerikalı məhz bir il əvvəl özünün həmin hovuzda müəyyənləşdirdiyi dünya rekordunu 0,27 saniyə yaxşılaşdırıb. 100 metr məsafəyə kəpənək üsulunda 13 ən yaxşı nəticə Uolşa məxsusdur.
 
Qeyd edək ki, Uolş 23 yaşındadır, dördqat dünya çempionudur.
 
Избранный
24
27
moderator.az

10Источники