RU

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

Birləşmiş Ərəb Əmirliklərində hava hərəkəti normal rejimə qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, hava məkanından istifadə ilə bağlı daha əvvəl tətbiq olunan preventiv tədbirlər ləğv edilib.

Məhdudiyyətlər fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan sonra təhlükəsizlik məqsədilə tətbiq olunmuşdu.
 

BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi qərarın əməliyyat və təhlükəsizlik şəraitinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edildiyini açıqlayıb.


Qurumun məlumatına görə, qiymətləndirmə aidiyyəti dövlət orqanları ilə koordinasiya şəraitində aparılıb.

Bizim.Media

Избранный
28
10
bizim.media

10Источники