Aylarla davam edən durğunluqdan sonra Şəkidə heyvan bazarının Qurban bayramı günlərində fəaliyyətini bərpa etməsi nəzərdə tutulur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə bazar rəhbərliyi məlumat verib.
Bildirilib ki, hazırda ərazidə Qida Təhlükəsizliyi Agentliyinin tələb və normalarına uyğun təmir-tikinti işləri aparılır. Bazarın əlamətdar günlər ərəfəsində, yəni Qurban bayramı günlərində istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 27-28 may tarixlərinə təsadüf edəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu