RU

Biləcəri stansiyasından Ermənistana qatar yola salındı

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.Bizim.Media xəbər verir ki, 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
50
bizim.media

10Источники