ABŞ Dövlət katibi Marko Rubionun maraqlı görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, siyasətçi bu dəfə açıqlama və bəyanatları ilə deyil, təsadüfən çəkilmiş toy görüntüləri ilə gündəmə gəlib. Yayılan videoda Rubio toyda özünü dicey kimi sınamağa çalışıb. ABŞ rəsminin videosunu Ağ Evin Administrasiya rəhbərinin müavini Den Skavino "X" sosial şəbəkəsində paylaşıb.
"Bizim möhtəşəm dövlət katibimiz Marko Rubio həm də toyda diceylik edir! Budur, o, bu gecə ailə məclisində iş başındadır", - Skavino yazıb.
Qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olan videoda Marko Rubionun rəsmi geyimdə olması-kostyum və qalstukla diceylik etməsi aşkar görünür. O, qulaqcıqları taxaraq "DJ" kürsüsünə keçir, yanında isə ona noutbukda nələrisə göstərən bir nəfər dayanıb. Videonun sonunda Rubio tək qalır və rəqs etməyə başlayır. ABŞ dövlət katibinin diceyliyi kimin toyunda etməsi məlum deyil.
Müəllif: Tural