İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq Prezidentinin Administrasiyası məlumat yayıb.
Görüşdə Azərbaycanla İraq arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Səfir görüş zamanı İraq Prezidentinə Azərbaycan Prezidenti adından məktub təqdim edib.
Məktubda iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin vacibliyi vurğulanıb.
Bizim.Media