RU

“Portu”dan inamlı mövsüm - 31-ci çempionluq rəsmiləşdi

Portuqaliya Premyer Liqasında 2025/2026 mövsümünün qalibi vaxtından əvvəl müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, “Portu” çempionatın XXXII turunda Alverka üzərində qələbə qazanaraq qızıl medalları təmin edib. Qarşılaşmanın taleyini 40-cı dəqiqədə Yan Bednarekin vurduğu yeganə qol həll edib – 1:0.

Bu nəticədən sonra xallarının sayını 85-ə çatdıran “Portu” ən yaxın izləyicisi "Benfika" ilə fərqi 9 xala yüksəldib. Mövsümün başa çatmasına cəmi 2 tur qaldığını nəzərə alsaq, bu fərqin bağlanması artıq mümkün deyil.

Beləliklə, “Portu” tarixində 31-ci dəfə Portuqaliya çempionu adını qazanaraq ölkə futbolunda hegemonluğunu bir daha təsdiqləyib.

Избранный
3
2
90deqiqe.az

6Источники