RU

Paşinyanın “Rusiya sərhədçilərinə pul ödəyirik” açıqlaması NƏYƏ XİDMƏT EDİR?

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya sərhədçilərinə sərhədlərin mühafizəsi üçün pul ödədiyi və bu vəsaitin Ermənistanın öz sərhəd qoşunlarının inkişafına yönəldilə biləcəyi barədə açıqlaması müzakirələrə səbəb olub.Bizim.Media xəbər verir ki, bu bəyanat Ermənistanda keçiriləcək seçkilər və İrəvanda gözlənilən Avropa sammiti fonunda verilib.

 

Şərhlərdə bildirilir ki, Paşinyan bu yolla həm daxili auditoriyaya “nəzarətin geri qaytarılması” mesajı verir, həm də Qərbə Ermənistanın Rusiyadan uzaqlaşdığı görüntüsünü göstərməyə çalışır.

Lakin Ermənistan-Rusiya müqavilələrinə əsasən, Rusiya sərhədçilərinin Ermənistanda yerləşdirilməsi 30 sentyabr 1992-ci il tarixli razılaşma ilə tənzimlənib. Həmin sənəddə Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinin Rusiya sərhəd qoşunlarına həvalə edildiyi qeyd olunur.Müqavilədə sərhədlərin tədricən Ermənistan tərəfinə verilməsi də nəzərdə tutulub. Ancaq bu prosesin Rusiya tərəfi ilə razılaşdırılmış şəkildə həyata keçirilməsi vurğulanır.Bundan başqa, Rusiya Ermənistanın milli sərhəd qoşunlarının formalaşdırılmasına və kadr hazırlığına da yardım edib. Ermənistanlı kursantların Rusiya FTX-nin sərhəd institutlarında təhsil aldıqları bildirilir.Maliyyə məsələsində də vəziyyətin Paşinyanın təqdim etdiyi qədər sadə olmadığı qeyd olunur. 25 yanvar 1994-cü il protokoluna əsasən, Ermənistandakı Rusiya sərhəd qoşunlarının saxlanılması hər iki tərəfin 50/50 nisbətində iştirakı ilə maliyyələşdirilir.Bu baxımdan Paşinyanın “başqalarına ödəyirik, özümüzünkülərə ödəyək” məntiqi daha çox seçkiöncəsi siyasi ritorika kimi qiymətləndirilir.Ekspertlər hesab edirlər ki, Ermənistanın öz sərhəd qoşunlarını inkişaf etdirməsi və sərhədlərə nəzarəti mərhələli şəkildə öz üzərinə götürməsi normal prosesdir. Lakin bunu “xarici sərhədçilərə pul ödəməkdən imtina” kimi deyil, Ermənistan-Rusiya sərhəd əməkdaşlığı modelinin siyasi şəkildə yenidən nəzərdən keçirilməsi kimi təqdim etmək daha doğru olardı.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
19
bizim.media

10Источники