RU

Osimhen Real və Barselona ya keçə bilər

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını Avropanın top-klublarından birində davam etdirə bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

Nigeriyalı forvardın transferində Madrid “Real”ı maraqlıdır. Türkiyə klubu futbolçu üçün 150 milyon avro tələb edir. Bundan əlavə, Osimhenlə “Arsenal”, “Liverpul”, “Barselona” və “Yuventus” da yaxından maraqlanır.

Viktor Osimhen 2025-ci ildə 75 milyon avro qarşılığında “Napoli”dən “Qalatasaray”a transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Cari mövsümdə hücumçu Türkiyə klubunun heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
4
olke.az

10Источники