RU

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı

Aprelin 16-da Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbdə baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

NOCOMMENT.az xəbər verir ki, hücum zamanı ağır yaralanan 11 yaşlı Almina Ağaoğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş nahiyəsinin arxasından iki güllə yarası alan Ağaoğu Reanimasiya şöbəsində müalicə alırdı. Bununla da faciədə ölənlərin sayı 11-ə çatıb

Xatırladaq ki, silahı hücumu məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli törətmişdi. Mersinli hadisə zamanı özü də ölüb. Onun atası və anası isə hadisədən sonra həbs edilib.

Türkiyədə məktəbdə törədilmiş qətliamda ölənlərin sayı artdı. (oxu.az)

Избранный
7
22
nocomment.az

10Источники