Çexiya geniş gizli əlaqələr şəbəkəsi vasitəsilə Qərb ölkələrinin hesabına üçüncü ölkələrdə Ukrayna üçün artilleriya sursatının alınmasını əlaqələndirməyə davam edir.
Azreform.info xəbər verir ki, məlumatı "Die Welt" qəzeti yayıb.
Bildirilir ki, diplomatlar və silah satıcıları prosesdə iştirak edir və təchizat yollarının özü olduqca mürəkkəbdir. Nəşr xatırladır ki, son parlament seçkilərində qalib gələn ANO (Narazı Vətəndaşların Hərəkatı) siyasi hərəkatına rəhbərlik edən Baş nazir Andrey Babiş seçicilərinə Çexiyanın "mərmi təşəbbüsünü" ləğv edəcəyinə söz vermişdi. Daha sonra o, bu yanaşmanı yenidən nəzərdən keçirdi və layihənin Çexiyanın maliyyə iştirakı olmadan saxlanılmasına qərar verid. "Die Welt"in qeyd etdiyi kimi, mərmi tədarükünün koordinasiyası Praqada davam edir.
Qəzetin məlumatına görə, təşəbbüs əvvəlcə Çexiyada diplomatlar və silah satıcıları tərəfindən Ukraynaya uzunmüddətli iri çaplı sursat tədarükü üçün irəli sürülüb. Die Welt yazır ki, "Soyuq müharibə dövründən qalma qlobal əlaqə şəbəkəsindən" istifadə edərək, "çexlər 2024-cü ildən bəri əsasən 122 mm və 155 mm kalibrli mərmilər alırlar". Qəzet iddia edir ki, bütün bu fəaliyyət "Çexiya paytaxtındakı kiçik bir dairə" tərəfindən əlaqələndirilir.
Nəşr aydınlaşdırır ki, ötən il ukraynalıların istifadə etdiyi iri çaplı sursatların təxminən yarısı çexlər tərəfindən öz kanalları vasitəsilə alınıb. Onun mənbələrinə görə, təchizatın bir hissəsi Ukraynadakı münaqişədəki rollarını ictimailəşdirmək istəməyən ölkələrdən gəlir. Satınalmalar üçün maliyyələşdirməni Avropa ölkələri, xüsusən də Hollandiya, Danimarka və Almaniya təmin edir.(Musavat.com)