RU

NATO Polşada Amber Shock 26 hərbi təlimlərinə başlayıb

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Polşanın şimal-şərqindəki Ojış şəhərində yerləşən poliqonda "Amber Shock 26" hərbi təlimlərinə start verilib. Sözügedən manevrlər ABŞ tərəfindən keçirilən daha irimiqyaslı "Sword 26" təlimlərinin tərkib hissəsidir.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun "Şimal-Şərq" çoxmillətli operativ cavab ordu korpusunun mətbuat katibi Dariuş Quzenda PAP agentliyinə məlumat verib.

D. Quzenda bildirib ki, təlimlərdə NATO-ya üzv bir neçə dövlətin 3 500-dən çox hərbçisi və yüzlərlə hərbi texnika iştirak edir. Manevrlərə NATO-nun çoxmillətli korpusunun şəxsi heyəti ilə yanaşı, Almaniyada daimi dislokasiya olunmuş ABŞ Quru Qoşunlarının 2-ci süvari alayı da cəlb olunub.

Mətbuat katibinin sözlərinə görə, təlimlərin kulminasiya nöqtəsi mayın 7-də keçiriləcək döyüş sursatları ilə artilleriya atışları olacaq.

Qeyd edək ki, "Amber Shock"un da daxil olduğu "Sword 26" manevrləri eyni zamanda Baltikyanı ölkələr, Polşa, İsveç, Norveç və Finlandiya ərazilərini əhatə edir. Bu irimiqyaslı hərbi təlimlərə ümumilikdə 15 minə yaxın hərbçinin qatılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
5
sherg.az

10Источники