"Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə birlik və bərabərlik çağırışına qoşularaq Azərbaycana artıq ikinci dəfə səfər edirik. Bu səfər bizim üçün həm başlanğıc, həm də çox əhəmiyyətli bir görüşdür".
APA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində əslən Qərbi Azərbaycandan olan, Qarsda yaşayan azərbaycanlıların din xadimi Seyyid Əhməd Ərdəm deyib.
O qeyd edib ki, bu səfərin məzmunu olduqca önəmlidir: "Azərbaycan müsəlmanlar arasında həmrəyliyin gücləndirilməsi sahəsində atdığı belə addımlarla nümunə göstərir. Bu təşəbbüslər icmalar üçün böyük əhəmiyyət daşıyır və qardaşlığın möhkəmlənməsinə xidmət edir".