RU

Bakı Metropolitenində "Metro Hackathon" layihəsinin qalibləri bəlli olub

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.

Aznews.az xəbər verir ki, 1-3 mayda süni intellekt (Aİ) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə "Metro Hackathon" layihəsi keçirilib.

Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər və sahə üzrə mütəxəssislər ciddi maraq göstəriblər.

875 bakalavr və magistr tələbəsi və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin iştirakı təsdiqlənib. Onlar arasında ortalama yaş həddi isə 19-24 olub.

Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.

3 gün davam edən yarışmada hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılan 18 komanda mübarizə aparıb.

Komandalar metropolitenin stansiyalarının – "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Bakmil", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Həzi Aslanov", "Xətai", "Cəfər Cabbarlı", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəsimi", "Dərnəgül" və "8 Noyabr" adları altında yarışıblar.

Müsabiqənin ilk iki günündə "İçərişəhər" stansiyasında qurulan xüsusi yarış məkanında hazırlanan prezentasiyalar, süni intellekt əsaslı innovativ həllər və təkliflər mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında reallaşan yekun tədbirdə peşəkar mütəxəssislərdən formalaşmış 5 nəfərlik münsiflər heyətinə təqdim edilib. Qızğın müzakirələrdən sonra yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyənləşdiriliblər.

Избранный
9
5
aznews.az

10Источники